Qazaxda heroin alverçiləri saxlanılıb. 

Bu haqda Unikal.org-a Daxili İşlər Nazirliyindən məlumat verilib .

Məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Qazax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Biləsuvar rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Fəyaz Məmmədov və Rövşən Vəliyev Qazax rayonu ərazisində 210,392 qram heroini 10.000 manata satarkən tutulublar.