Gündüz saatlarında Qazaxda yanğın faktı qeydə alınıb. 

Unikal.org-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 416 m2 olan ikimərtəbəli 6 otaqlı fərdi yaşayış evinin 1-ci mərtəbəsində 1 otağın tavanı 9 m2 sahədə və pilləkən qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın  yanğınsöndürənlər tərəfindən söndürülüb.