Minskdən Sankt-Peterburqa uçan Belarusiyaya məxsus Belavia aviaşirkətinin təyyarəsi quş dəstəsi ilə toqquşduqdan sonra Minsk hava limanına geri dönüb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, insident bazar günü axşam saatlarında baş verib. Yerli KİV-lərin məlumatına görə, quşlardan biri təyyarənin mühərrikinə girib.

"Milli hava limanına qayıtmaq barədə qərar qəbul olundu", - aviaşirkətdə bildiriblər.