Azərbaycan və Rusiya yaxın zamanlarda Yakutiya ərazisindən keçən "Sila Sibiri magistral qaz kəmərinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun (İSİ) "Robust Noise Monitoring (RNM) sisteminin istifadəsini müzakirə edəcək.

Unikal.org-un  məlumatına görə, bunu  Trend-ə həmin layihəyə yaxın mənbə bildirib.

Məlumatda qeyd olunur ki, birgə layihənin reallaşdırılması üçün zəruri tədbirlər artıq bu il həyata keçiriləcək.

RNM sisteminin tətbiq olunması üçün texniki hazırlıq barədə müqavilə 2015-ci ilin ortalarında İSİ ilə Sankt-Peterburqun Arktika İctimai Elmlər Akademiyası arasında imzalanıb.