Almaniya Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Bruno Kahlın açıqlaması ağıllara "Görəsən çevriliş cəhdinin arxasında Almaniyamı var? sualını gətirir.

Unikal.org xəbər verir ki, bu açıqlama ilə Türkiyə Müdafiə naziri Fikri İşıq çıxış edib.

"Kəşfiyyat rəhbəri "Görmədik deyil, "Görmək istəmədik desəydi, daha məqsədə uyğun olardı. 15 iyul qiyamının arxasında FETÖ-nun olmasını Türkiyədə hər kəs çox yaxşı bilir. Bunu bilməmələri olduqca qəribədir, - nazir əlavə edib.

Qeyd edək ki, Kahl Türkiyədə baş vermiş çevriliş cədhinin arxasında Fətullah Gülənin durduğuna dair əldə ciddi dəlilin olmadığını bəyan edib.