Bakıda maraqlı sosial eksperiment keçirilib.

Bu dəfə guya gözdən əlil uşaq paytaxt sakinlərini sınağa çəkib.

Unikal.org bildirir ki, balaca uşaq ətrafdakı insanlara əslində 50 manat uzadaraq 20 manatı xırdalamağı xahiş edir.

Lakin şəhər sakinlərindən biri uşağın gözlərinin görmədiyini zənn edərək pulu götürüb aradan çıxır.

Bunu görən çəkiliş qrupu şəhər sakininə xəbərdarlıq edərək bildirir ki, etdiyi hərəkət yanlışdır və 50 manatı geri qaytarmalıdır.

Lakin şəhər sakini eksperimenti keçirənlərə güc tətbiq edib.