Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Novruz bayramını təbrik edib.

Unikal.org xəbər verir ki, Ərdoğan bayram mesajında bildirib ki, Novruz geniş coğrafiyada torpağın oyanışının, baharın gəlişinin, qardaşlığın, dostluğun simvolu olduğu bir gündür. Yaşadığımız coğrafiyanın hər keçən gün bir az daha məngənəyə alındığı bir dövrdə, Novruzun ifadə etdiyi yenidən diriliş ruhuna möhkəm bir şəkildə sahib çıxmalıyıq. Novruzun bölgəmizlə birlikdə bütün dünyada barışın, sülhün,əmin amanlığın,sabitliyin müjədicisi olmasını diləyirəm.