Qoç- bu gün ulduzlar sizin rutin, adi gün yaşayacağınızı deyirlər: xırda məişət problemləri, əhəmiyyətsiz çətinliklər və bir o qədər kiçik sevinclər. Situasiyanı kökündən dəyişməyə çalışmayın. Düşünülməmiş hərəkətləriniz vəziyyəti daha da ağırlaşdıra bilər.

Buğa- sizə təzyiq göstərməyə çalışan adamlar tapılacaq. Təzyiqlərə məruz qalsanız da, yolunuzdan çəkilməyin. Emosional narahatlıq müvəqqətidir. Tənha olmaq, tək qalmaq istəyi yarana bilər.

Əkizlər- hər hansı yeni layihə üzərində işə başlamazdan əvvəl bütün gərəkli, ehtiyac duyulan məlumatlarla informasiyaları topladığınıza əmin olun. Nəyisə bilməmək zəif qalmaq, zərbə altında qalmaq deməkdir.

Xərçəng- məhz bu gün kifayət qədər məlumatların olmaması ilə bağlı problemlər əvvəlki dönəmlərlə müqayisədə daha ciddi təsir bağışlayacaq. Nikbin və qətiyyətli olun. Kiçik problemlər sizi ruhdan salmasın.

Şir- pul və maliyyə ilə ehtiyatlı olun. Bədxərclik etməyin, alış-verişdə diqqətli davranın. Şəxsi münasitbətlərdə durum daha yaxşıdır. Sizə əziz olan insanları dərhal anlayırsınız. Yaxınlarınızın problemlərini həll etmək üçün qüvvənizi əsirgəməyin.

Qız- Sərt və iradəli olun. Belə davransanız, çoxdan bəri mövcud olan bəzi problemləri həll edə bilərsiniz. Köhnə umu-küsünü, hesabları xatırlayıb müzakirələrə başlamayın.

Tərəzi- bu gün ulduzlar sizi himayə edir. Vəziyyətdən yararlanaraq işlərinizi nizama salmağa, qayda yaratmağa, çətin tapşırıqların öhdəsindən gəlməyə çalışın.

Əqrəb- ailə münasibətləri harmonik və dayanıqlıdır. Qohumlarla təmaslarınızı səmimi edin, onların məqsəd və planlarını tənqid etməyin. Evdə yır-yığış, təmir, interyerin yenilənməsi üçün sərfəli gündür.

Oxatan- adekvat insanlarla çalışın. İşdəki situasiya rəvan, əlverişlidir. İdeyalarınızı gerçəkləşdirmək üçün rəhbərlik sizi dəstəkləyə bilər. Yeni tərəfdaşlarla əməkdaşlıq başlayacaq.

Oğlaq- bu gün bir qədər çətin və mürəkkəb, amma faydalı işlə məşğul olacaqsınız. Həmin işə laqeyd, başdansovdu yanaşmayın. Sizdən başqa kimsə bu işdə uğur əldə edə bilməyəcək.

Dolça- şəxsi həyatda da uğur sizinlə olacaq. Köklü dəyişikliklər mümkündür. Axşam saatlarında bəzi münasibətlərin təhlilini aparın.

Balıqlar- mühüm və önəmli görüşlər təyin edə bilərsiniz. Hər şey istədiyiniz kimi olacaq. Sərfəli müqavilə imzalaya bilərsiniz. Ucuz qiymətə dəyərli və ya gərəkli əşyanın alınması istisna deyil.