Madrid "Realının və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo "İlin ən yaxşı futbolçusu-2016 mükafatına layiq görülüb.

Unikal.org-un xəbərinə görə, bu barədə Portuqaliya Futbol Federasiyası məlumat verib.

Bu il K.Ronaldo 4-cü dəfə "Qızıl top mükafatını qazanıb, həmçinin 27 xəbər agentliyinin nümayəndələri arasında aparılan sorğunun nəticələrinə görə Avropanın ən yaxşı idmançısı seçilib. Ötən il K.Ronaldo Madrid "Realı ilə İspaniya, Portuqaliya yığması ilə isə Avropa çempionatının qalibi olub.

Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş "İlin ən yaxşı məşqçisi mükafatı ilə təltif olunub. Qaliblərinin mükafatlandırılma mərasimi Eştoril şəhərində keçirilib.