Səudiyyə Ərəbistanı və İordaniya da daxil olmaqla 13 ölkədən təyyarə vasitəsi ilə ABŞ-a elektron qurğuların daşınması qadağan ediləcək.

Unikal.org xəbər verir ki, bu barədə Britaniyanın "Guardian qəzeti yazıb.

"Reutersin məlumatına görə, ABŞ hökuməti təqribən on ölkənin sərnişinlərinə Birləşmiş Ştatlara gələn təyyarələrdə elektron cihazların daşınmasını qadağan etmək niyyətindədir. Çərşənbə axşamı elan olunacağı gözlənilən qadağa terror təhlükəsi ilə əlaqədardır.

Qəzetin məlumatına görə, ABŞ-ın Nəqliyyatda Təhlükəsizlik Departamenti (TSA) gizli şəkildə 13 ölkənin aviareyslərindən sərnişinlərə salonda mobil telefondan böyük elektron cihaz aparmağa qadağa qoymağı tələb edib.

Noutbuk, planşet, "Kindle elektron kitabları və hətta kameralar qadağa altına düşəcək.