Naftalanda yanğın faktı qeydə alınıb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Naftalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan mağazanın tavanı 20 m2 sahədə yanıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.