Türkiyənin ən məşhur media nümayəndələrindən biri olan Tayfun Talipoğlu vəfat edib.

Unikal.org-un Türkiyə mətbuatına istinadən məlumatına görə, "Anadolu insanının səsi kimi tanınan yazar 55 yaşında dünyasını dəyişib.
Talipoğlunun bu gecə saat 01.00-də evində birdən-birə vəziyyəti pisləşib və yerə yıxılıb. Evdə olan dostu təcili yardım çağırıb və onu xəstəxanaya aparıblar. Lakin həyatını xilas etmək mümkün olmayıb.
Tayfun Talipoğlunun oğlu Candaş Talipoğlu bildirib ki, atası 3-cü dəfə infarkt keçirib.

Məşhur yazar "Milliyət qəzetində, ATV və NTV telekanallarında çalışıb. Eyni zamanda "Takvim, "Yeni Yüzyıl, "Cumhuriyet qəzetlərinin köşə yazarı idi.