O, atasının "gözü və qulağı olacaq

Unikal.org bildirir ki, Donald Tramp qızına vəzifə verir. 35 yaşlı İvanka prezidentin yüksək səviyyəli müşaviri işləyəcək və atasına idarəetmə ilə bağlı müəyyən tövsiyyələr verəcək. İvanka Trampın vəkili bildirib ki, o bundan sonra atasının "gözü və qulağı" olacaq.

Ağ Evdə bir ofislə təmin ediləcək İvanka heç bir rəsmi ünvana sahib olmayacaq və maaş almayacaq.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl kürəkəninə Ağ Evdə vəzifə vermişdi.