Ukrayna və Azərbaycan kimya sənayəsi, əczaçılıq, gəmi, təyyarə və maşınqayırma sahələrində birgə istehsal əlaqələrini inkişaf etdirməlidir. 

Unikal.org-un məlumatına görə, bunu trend-ə müsahibəsində Ukraynanın iqtisadi inkişaf və ticarət naziri, baş nazirin müavini Stepan Kubiyev deyib.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycan Ukrayna üçün mühüm strateji tərəfdaşdır.

S.Kubiyev qeyd edib: "Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin aktivləşdirilməsi çox münasibdir, beləki Ukrayna və Azərbaycan əməkdaşlığın potensialını hələ tam realizə etməyiblər. Bu səbəbdən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin Kiyevdə Azərbaycanın Ticarət Evinin yaradılması təklifi tərəfimizdən müsbət qarşılanmışdır. Bu, ölkələrimiz arasında qarşılıqlı ticari əlaqələri gücləndirməlidir".

Ukrayna baş nazirinin müavini daha sonra əlavə edib ki, yuxarıda qeyd edilən sahələrlə yanaşı Ukrayna aqro sənaye kompleksi sahəsində və Azərbaycana ərzaq məhsullarının tədarükündə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

S.Kubiyev həmçinin bildirib: "Əlbətdə biz Azərbaycan neftinin gələcəkdə Ukrayna neft emalı zavodlarına və ərazimiz vasitəsilə Avropa ölkələrinə tədarükündədə maraqlıyıq.

Müsahibəsinin sonunda baş nazirin müavini Bakıda birgə forumun keçirilməsinin planlaşdırıldığınıda bildirib.