Azərbaycanın telekomunikasiya peyki "Azerspace-1" İranın TIN TV (Tasvir Iran TV) ictimai telekanalının proqramlarının yayımlarına başlayıb. 

Unikal.org-un məlumatına görə, bu barədə "FlySat" informasiya portalı xəbər yayıb.

Məlumata görə, telekanal Ukraynanın "Ukrkosmos" operatorunun paketinə daxil edilib və 11043 MHz tezlikdə mümkündür.

Beləliklə, Azərbaycanın peyki ilə yayımlanan tele və radio kanallarının sayı 100-ü keçib.

Qeyd edək ki, Azərbaycanın birinci geostasionar peyki 2013-cü ilin fevralında 46° Şərq uzunluğunda yerləşən orbital mövqeyinə çıxarılmışdı. 2017-ci ildə ikinci telekommunikasiya peyki "Azerspace-2nin 45° şərq uzunluğu orbital mövqeyinə çıxarılmağı gözlənilir.

Həmçinin "Azərkosmos" ASC-nin öhdəsində aşağı orbital peyk "Azersky" var. "Azersky" peyki Fransanın "Airbus Defense and Space" şirkətinin "SPOT-6" peyki ilə birgə qrup formatında yer kürəsinin məsafədən tədqiq edilməsi üzrə xidmətlərin göstərilməsi üçün istifadə olunur.