Rusiyanın məşhur NTV kanalı Azərbaycanda Novruz Bayramının necə keçirilməsilə bağlı süjet yayımlayıb.

Unikal.org xəbər verir ki, materialda deyilir ki, Azərbaycanda Novruz böyük təntənə ilə qeyd olunub. Prezident İlham Əliyevin Qız Qalasının önündə tonqal yandırmaqla başlatdığı bayram bir həftə davam edəcək.

Xəbərdə o da vurğulanır ki, bayram münasibətilə ölkəyə xeyli turistlər də gəliblər. Qonaqlar burada Azərbaycanın milli adət-ənənələrilə tanış olmaq üçün gözəl şans qazanıblar.