ABŞ-da təyyarə salonlarında elektron qurğuların daşınmasına qoyulan qadağa "Əl-Qaidə" qruplaşmasının partlayıcı maddəni noutbuk, planşet və digər qurğuların batareyalarında gizlətmək üsulu işləyib hazırlaması ilə əlaqəli ola bilər.

Unikal.org "Report"a istinadən xəbər verir ki, bunu CBS telekanalına adını gizli saxlayan amerikalı məmur deyib.

Belə hadisələrdən biri 2016-cı ilin fevralında "Daallo Airlines" aviaşirkətinə məxsus təyyarədə baş verib. Həmin təyyarə Somalinin paytaxtı Moqadişodan Cibutiyə uçurmuş. Onun göyərtəsində kamikadze tərəfindən minalanmış noutbukun köməkliyi ilə partlayış törədilib.