Bakıda təcili tibbi yardım stansiyalarına edilən çağırışların sayında cüzi artım müşahidə edilir.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından unikal.org-a bildirilib ki, bu ilin ötən bayram günlərində təcili tibbi yardım stansiyalarına edilən çağırışların sayı 2 mindən bir qədər artıq olub.

Ancaq bu artım ötənilki Novruz bayramı günləri ilə müqayisədə azdır. Bayram günlərdə əsas çağırışlar qan təzyiqinin artması, ürək ağrısı, mədə-bağırsaq pozğunluğu,xroniki xəstələrə və uşaqlara görəvə s. ilə əlaqədar olub.