Azərbaycanda bayram günü 7 nəfər tonqalda yanaraq xəstəxanaya yerləşdirilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, mart ayının 20-də ölkənin müxtəlif yerlərindən, o cümlədən Bakıdan 6 nəfər tonqalda atlanarkən ağır yanıq xəsarəti alıb. 

20 mart tarixində də bir nəfərdə tonqalda yanmasına baxmayaraq xəsarəti ağır olduğundan 21 martda Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

Ümumilikdə bayram günləri Respublika Yanıq Mərkəzinə ötən bayram günləri ərzində 65 nəfər müxtəlif yanıq xəsarəti ilə müraciət edib. Onlardan 13 nəfəri Mərkəzə yerləşdirilməsinə baxmayaraq 2 nəfərin həyatını xilas etmək mümkün olmayılb.

Amid Əyyuboğlu