Ağdamda toy karvanında gedən maşınlardan biri qəza törədib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, Sahil Dərgahovun idarə etdiyi "VAZ 2107" markalı, 10 US 492 dövlət nömrə nişanlı maşın yoldan keçən Cəlal Quliyevi vurub. Xəsarət alan şəxs Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparırlar.