Maliyyə Nazirliyinin İnfrastuktur təyinatlı layihələrin maliyyəsi şöbəsinin müdiri Mərdan Mərdanov vəfat edib.

Unikal.org modern.az-a istinadən xəbər verir ki, məmurun ölümü sağlamlığında yaranmış problemlə bağlı olub. O, Xırdalan qəbiristanlığında torpağa tapşırılacaq.
Xatırladaq ki, Mərdan Mərdanov Azərbaycan Yazıçılar Birliyinin katibi və "525-ci" qəzetin baş redaktoru Rəşad Məcidin dayısı, Laçın rayonundan keçmiş deputat Elbrus Təhməzovun isə qardaşı olub.