Bakıda 3 otaqlı mənzildən yanğın baş verib.

Unikal.org-un FHN-in saytına istinadən məlumatına görə, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 110 m2 olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü 36 m2 sahədə, 1 otağın və dəhlizin yanar konstruksiyaları 36 m2 sahədə yanıb. Yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.