101 yaşında vəfat edən amerikalı milyarder Devid Rokfeller Nyu Yorkdakı Pokantiko ailə qəbirsanlığında dəfn ediləcək.

Unikal.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rokfellerlər ailəsinin mətbuat katibi Freyzer Saytel söyləyib.
Qeyd edək ki, Rokfeller bazar ertəsi öz evində yuxuda ikən ürək çatışmazlığından vəfat edib.

Rokfeller məşhur milyarder Con Rokfellerin nəvəsidir. Con Rokfeller məşhur "Standart Oil şirkətinin rəhbəri olub. Bu ailə indiyə qədər dünya siyasətinə güclü təsir etmək gücündədir.