"Monakonun hücumçusu Kilian Mbappe Avropa nəhənglərinin maraq dairəsindədi. 

Unikal.org-un Apasport.az-a istinadən məlumatına görə, artıq Knyazlıq klubuna təkliflər gəlməyə başlayıb.

"Realdan sonra indi də Premyer Liqa təmsilçiləri "Mançester Yunayted və "Mançester Siti 18 yaşlı forvard üçün qarşı tərəfə müraciət edib. Maraqlıdı ki, "kral klubunun 80 milyon funt-sterlinqlik təklifini qəbul etməyən fransızlar ingilislərin 110 milyon funt-sterlinq təklifinə də "yox cavabını veriblər.
"Monako rəhbərliyi Mbappeni satmağa tələsmir və bir müddət sonra onun üçün daha yüksək məbləğdə təkliflər gələcəyinə inanır.