Bakı-Qazax magistralında piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org  APA-ya istinadən xəbər verir ki, hadisə yolun Şəmkir rayonu, Düyərli kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1945-ci il təvəllüdlü Əliyev İdris Murad oğlu yolu keçmək istəyərkən "Ford" markalı avtomobillə vurulub. Müxtəlif bədən xəsarətləri alan piyada Şəmkir rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.