Hacıqabulda piyadanı avtomobil vurub.

Unikal.org bildirir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində, Muğanlı qəsəbəsində "Mercedes markalı avtomobil 1967-ci il təvəllüdlü İsmayılov Elman Əlimayıl oğlunu vurub.

Qapalı kəllə-beyin travması alan piyada xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.