Türkiyənin Avropa Birliyi naziri Ömər Çelik Böyük Britaniyanın paytaxtı Londonda baş verən terror hadisəsi barədə açıqlama verib.

Türkiyəli nazir bu barədə Tvitter sosial şəbəkəsində yazıb.

"İngiltərədə törədilən terror aktını lənətləyirik. İngiltərənin AB naziri Alan Dunkana da dəstək mesajımızı yolladım. Terror bütün ölkələr üçün təhlükə və təhdiddir. Terror təşkilatları arasında ayrı-seçkilik qoymadan onlarla mübarizə aparmaq lazımdır- deyə, nazir qeyd edib.