ABŞ Hərbi Dəniz Qüvvələri elektromaqnit silahın sınağının görüntülərini yayıb.

Unikal.org xəbər verir ki, görüntülər Yutub sosial şəbəkəsində yerləşdirilib. Sınaqdan keçirilən silah 7000 kilometr/saat sürət yığmaq və 180 kilometrdən uzaqdakı hədəfləri məhv etmək gücündədir. Hərbi Dəniz Qüvvələri bu silahı 2005-ci ildən hazırlamağa başladığını bildirib.

Qeyd edək ki, yayımlanan görüntülər 2016-cı ilin noyabrına aiddir.