Salyanda yanğın hadisəsi qeydə alınıb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,Salyan rayonu, Xıdırlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 169 m2 olan birmərtəbəli 5 otaqlı evin 1 otağının və mətbəxinin tavanı 21 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.