Milan şəhərindən (İtaliya) Bazelə (İsveçrə) gedən qatarın vaqonunun relsdən çıxması nəticəsində azı 7 nəfər xəsarət alıb.

Bu barədə  İtaliyanın "Rainews24" telekanalı məlumat yayıb.

Hadisə Bakı vaxtı ilə 17:00-da Lütsern stansiyasında baş verib. Qatarın vaqonlarından biri relsdən çıxaraq aşıb. Nəticədə stansiyanın elektrikötürücü xətlərinə və metal konstruksiyasına ziyan dəyib.
Vağzal əhatəyə alınıb, insidentin səbəbləri araşdırılır. Hadisə yerində yanğınsöndürən və xilasedicilər işləyir.
"La Repubblica" qəzeti yazır ki, qatarda 160 nəfərə yaxın sərnişin ola bilər.