Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Londonda baş vermiş terror aktını pisləyib.

Unikal.org-un xəbərinə görə, XİN-in rəsmi "Twitter səhifəsində bildirilib ki, terrordan əziyyət çəkən ölkə kimi Azərbaycan Londonda baş verən terror aktını qəti şəkildə pisləyir.

Qeyd edək ki, Londonda Böyük Britaniyanın parlament binasının yaxınlığında törədilən terror aktı nəticəsində 5 nəfər ölüb, 40 nəfər yaralanıb.