Türkiyənin İzmir şəhərində yerləşən həbsxanaların birində 5 məhkum qaçmaq istəyərkən yaxalanıb.

Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, adam öldürmək və oğurluq kimi cinayətlərdən ağır cəzalara məhkum olunmuş 5 nəfər 20 metrlik 'kəndir nərdivan'la həbsxananın damına çıxıblar. Onlar həbsxana təhlükəsizliyini təmin edən jandarma növbətçiləri tərəfindən saxlanılıblar. 

Növbətçi jandarmaların havaya atəş etməsi nəticəsində olduqları yerdə qalan məhkumlardan 4-ü xəsarətsiz saxlanılıb. Qaçmağa davam edən bir məhkum isə 10 metrlik divardan atladıqdan sonra ayaqları qırılından sonra həbs olunub.