Rusiya Gürcüstan ərazisi ilə Ermənistana silah daşıyır.

Ötən günü Gürcüstanın Bolnisi rayonu ərazisində Ermənistana gedən Rusiya dövlət nömrə nişanlı iri tonnajlı yük maşınları görünüb. Həmin maşınlarda hərbi texnika daşınırmış.

Unikal.org xəbər.ge-yə istinadən xəbər verir ki, bunu, "Vahid Milli Hərəkat Partiyasının liderlərindən biri olan Nuqzar Çiklauri bəyan edib.
O bilidirib ki, həmin yük maşınları Ermənistan sərhəddi istiqamətinə hərəkət edirmiş
Nuqzar Çiklauri Bolnisidən keçən hərbi texnika daşıyan yük maşınlarının fotolarını da təqdim edib.
"Biz Gürcüstan prezidentinə və hökümətinə səslənərək bildiririk ki, bu məsələyə aydınlıq gətirsinlər. Təhlükəsizlik şurasının iclası olmalıdır və bu məsələı müzakirəyə çıxarılmalıdır- deyə Nuqzar Çiklauri bəyan edib.
Çiklauri ekspertlərə istinadən bildirib ki, yük maşınlarında olan texnika "Buk qurğularıdır.