Gəncədə yaşayan və Azərbaycan Texnologiya Universitetinin 2-ci kurs tələbəsi olan Züleyxa Əliyevanın valideynləri 10 il əvvəl ayrılıblar. 4 il öncə isə rəsmi şəkildə boşanıblar. Elə o vaxtdan ata ailə üçün heç bir qayğı göstərməyib. Tələbənin anasının sözlərinə görə, kemiş ailə başçısı heç alimenti də ödəməyib.

Züleyxa Əliyeva 1-ci kursda bütün qiymətləri əla olduğu üçün təhsil haqqından azad olunub. Bu il isə anasının 2-ci qrup əlil olması ilə bağlı imtiyazdan yararlanmaq istəyir.

Ailə bildirir ki, ata onsuz da 10 ildir ki, ortalıqda yoxdur. Övladına da heç bir qayğı göstərmir. Heç olmasa atalıq hüquqndan məhrum olsa, Züleyxa pulsuz təhsil ala bilər. Bu səbəbdən məhkəməyə də müraciət edilib.

Hüquqşünas Xəyal Bəşirov bildirir ki, əgər ata öz vəzifələrini yerinə yetirmirsə övlad ondan imtina edə bilər. Hüquqşünas deyir ki, hazırki vəziyyətdə də Züleyxa Əliyeva pulsuz təhsil imtiyazından yararlana bilər. Bunun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmək lazımdır.

Unikal.org Xəzər TV-yə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: