"Bundan sonra bənzər hadisələrin yaşanmamsı üçün nə tələb olunursa həyata keçiriləcək.Əgər bir daha belə hal baş verərsə qarşı tərəf layiqli cavab veriləcək.

Unikal.org xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyin Müftüoğlu PYD/PKK bölgəsindən açılan atəş zamanı bir türk əsgərinin şəhid olmasıyla bağlı məsələyə münasibət bildirərkən deyib.
H.Müftüoğlu qeyd edib ki, Rusiya səfirliyinin hərbi və inzibati məsələlər üzrə attaşesi hadisəylə bağlı nazirliyə dəvət edilib: 

"Bildiyiniz kimi, Suriyanın Afrin bölgəsindən açılan atəş zamanı bir əsgərimiz şəhid olub. Bu olaydan sonra Rusiya səfirliyinin nümayəndəsi nazirliyə çağırıldı. Ona baş verən hadisəylə bağlı narahatçılığımızımı bildirdik. Bundan sonra bənzər hadisələrin yaşanmamsı üçün nə tələb olunursa həyata keçiriləcək. Əgər bir daha belə hal baş verərsə qarşı tərəfə layiqli cavab veriləcək. Ancaq Rusiya ilə əldə olunan razılaşma çərçivəsində bölgədəki baş verənlər və məqamlar səfirliyin nümayəndəsinin diqqətinə çatdırıldı. Həmçinin, ona Afrində rus hərbi elementlərinin iştirak etməsinə dair məsələ barəsində münasibətimizi də bildirdik."