Azərbaycanda son 11 ildə saxlanılan donuzların sayında kəskin azalma müşahidə edilib.

Unikal.org-un rəsmi statistik rəqəmlərə əsasən apardığı araşdırmaya əsasən, sözü gedən müddət ərzində donuzların baş sayında 17.7 min azalma qeydə alınıb.

Belə ki, ölkəmizdə 2006-cı ildə 22.9 min baş donuz var idisə, 2015-ci ildə bu göstərici 6.1 min, 2016-ci ildə isə hazırda bu rəqəm 5.2 min baş təşkil edib.

Sevindirici hal ondan ibarətdir ki, son 11 ildə Azərbaycanda qoyun və keçilərin sayında 1 milyondan çox artım müşahidə edilib. Belə ki, 2006-ci ildə Azərbaycanda qoyun və keçilərin baş sayı 7668.5 min baş təşkil edirdisə, 2015-ci ildə bu rəqəm 8645.4 min, 2016-ci ildə isə 8677.1 min baş olub.

Qeyd edək ki, rəqəmlər Dövlət Statistika Komitəsindən götürülüb.