Əməkdar artist Röya Ayxan Türkiyənin məşhur müğənnisi Soner Sarıkabadayı ilə birlikdə ifa etdiyi "O konu" adlı duetə çəkilən klipi təqdim edib.

"Poll Productionın rəsmi kanalında yayımlanan ekran işinin rejissoru Şenol Korkmaz, prodüseri Yeşim Demirdir.

Klipin çəkilişləri Türkiyə, Belçika, İsveçrə və Almaniyada baş tutub.

Qeyd edək ki, ekran işi üçün geyimlər xüsusi hazırlanıb. Sarıkabadayının əynində olan tarixi geyimin çəkisi isə 57 kq olub.