Xaçmazda yanğın hadisəsi qeydə alınıb. 

Unikal.org-un FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Qusarçay kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan birmərtəbəli 4 otaqlı evdə baş verib. Nəticədə evin dam örtüyünün yanar konstruksiyaları 10 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.