Bu gün günorta saatlarında Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində yanğın hadisəsi qeydə alınıb.

Unikal.org baku.ws-ə istinadən xəbər verir ki, Səbuhi Vəliyevin idarə etdiyi BMW markalı minik avtomobili hərəkətdə olan zaman alışmağa başlayıb. Avtomobildə olan sərnişinlər və sürücü dərhal avtomobili tərk edib, xəsarət alan olmayıb. Minik vasitəsi yanaraq yararsız hala düşüb.

Qeyd edək ki, Səbuhi Vəliyev Azərbaycan Budo Döyüş Növləri Federasiyasında çalışır.