Bakı şəhərində piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, martın 23-də paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində "Mitsubishi markalı, 99 KC 718 dövlət nömrə nişanlı avtomobil yolu keçən 75 yaşlı kişini vuraraq öldürüb.

Digər hadisə isə paytaxtın Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində qeydə alınıb. "Daewoo" markalı, 90 US 366 dövlət nömrə nişanlı avtomobil yolu keçən 46 yaşlı kişini vurub. Piyada aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Hər iki faktla bağlı araşdırma aparılır.