Bayram günləri Azərbaycanda qeydə alınan yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, martın 19-dan 24-dək respublikanın avtomobil yollarında 22 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 10 nəfər ölüb, 39 nəfər xəsarət alıb.