Göyçay rayonunda 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 224-cü kilometrliyində, Göyçayın Ərəb kəndi ərazisində qeydə alınıb. 

İki "VAZ 2107 markalı minik avtomobillərinin toqquşması nəticəsində Mingəçevir sakini, 1946-cı il təvəllüdlü Məmmədov Oqtay Qafur oğlu və bacıları, 1953-cü il təvəllüdlü Əhmədova Elmira Qafur qızı, 1955-ci il təvəllüdlü Yusifova Svetlana Qafur qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.