Daxili İşlər Nazirliyi Bakıda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, martın 23-də Yasamal rayonunun "Qanlı göl" adlanan ərazisində Ağdaş rayon sakini Əkbər Quliyev münaqişə zəminində arvadı Firuzəni bıçaqla qətlə yetirib.

Ə.Quliyev könüllü Yasamal RPİ-yə gələrək istintaqa təslim olub.

Araşdırma aparılır.