Bakı şəhərində mənzildən 3 min manatlıq qızıl oğurlanıb.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 23-də Lökbatan qəsəbəsindəki evlərin birindən 3000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Zaur Qaibov yaxalanıb.