Azərbaycanın İmişli rayonu ərazisində proletariatın dahi rəhbəri, keçmiş Sovet İttifaqı kimi ilk sosialist dövlətin əsasını qoymuş Vladimir İliç Leninin və onun silahdaşı olmuş Azərbaycanın ictimai-siyasi, dövlət xadimi Nəriman Nərimanovun atılmış abidələri tapılıb.

Unikal.org modern.az-a istinadən xəbər verir ki, İmişli rayonunun Bəcrəvan kəndi ərazisindəki çöllüyə atılmış həmin abidələr təsadüfən ova çıxmış rayon sakini Saleh Qafarlının rastına çıxıb. O, Leninin və Nərimanovun atılmış abidələrinin görüntüsünü mobil telefonunun yaddaşına köçürüb
Şəkildən göründüyü kimi, Lenin büstündən rəhbərin "başı" qoparılıb.

Büstlərin haradan götürüldüyü və kimlərin gətirib onları çöllüyə atdığı barədə məlumat verilmir.