Sənətçi Onur Akay, Twitter hesabının oğurlandığını deyərək müğənni Devran Çağların öldüyü haqda edilən paylaşmasını təkzib edib.

Unikal.org türkiyə mediasına istinadən xəbər verir ki, müğənni Devran Çağların infarkt keçirdərək öldüyü xəbərləri gündəmə bomba kimi düşdü.

Müğənni Onur Akay, İnstagram üzərindən, Twitter hesabının oğurlandığını və həmkarı Devran Çağların ictimai mediada paylaşılan ölüm xəbərinin yalan olduğunu söyləyərək yayılan xəbərlərə aydınlıq gətirib.

"İkinci dəfə Twitter hesabım oğurlanıb . Niyə belə bir tərbiyəsizlik edildiyini bilmirəm,xahiş edirəm bu müddətdə Twitter hesabımdan edilən paylaşımlara etibar etməyin. Dəyərli sənətçi dostum Devran Çağları sosial mediada öldürmüşlər."

Devran Çağlar da çıxan xəbərlərə münasibət bildirərək, "Mən ölmədim, böyük bir səhv olmuş. Telefonlara cavab verməkdən bezdim. Ailəm böyük çaxnaşma yaşadı" dedi.