"Azərbaycanda deputatların Dağlıq Qarabağın işğaldan azad olunması ilə bağlı səsləndirdiyi fikirlər məni əsəbləşdirir.

Bunu Unikal.org-a Azərbaycan Sərhəd Qoşunlarının keçmiş komandanı, ehtiyatda olan general-mayor Abbasəli Novruzov deyib. 17 ildir pensiyada olan general fikirlərini belə ifadə edib: "Deputatlar hər çıxışında bildirirlər ki, erməni dığalarına cinayət işi qaldırılmalıdır və torpaqlarımız düşməndən azad olunmalıdır. Hansı səbəbdən 25 il ərzində bir nəfərə belə cinayyət işi açılmayıb? Bizim tam olaraq hüququmuz var ki, torpaqlarımızı işğaldan azad edək və biz bunu bacararıq da. Amma deputatlar deyir ki, filan cinayyət işi qaldırılmalıdır. Şəxsən mən hesab edirəm ki, Azərbaycan kimsənin köməkliyi olmadan torpaqlarını işğaldan azad edə bilər. Amma bir şərtlə ki, düşmənin havadarları kənarda dayansın.

Amid Əyyuboğlu