Aprelin 3-dən etibarən Tbilisidə (Gürcüstan) küçələrdə nəzərdə tutulmayan yerlərdə məişət və digər növ tullantıların atılmasına görə fiziki və hüquqi şəxsləri cərimə etmək səlahiyyətinə malik xüsusi müfəttişlər növbə çəkəcək.

Unikal.org gürcü mətbuatına istinadən xəbər verir ki, bununla əlaqədar ötən gün "Tbilservisqrup"un baş ofisində müfəttişlərlə görüş keçirilib.