Milli bayramlarda bir çox adət-ənənələr yerinə yetirilir. Xüsusilə diqqət çəkən məqamlardan biri insanların Ramazan ayında və Novruz bayramında ziyarət edərkən qəbristanlığa şirniyyat və digər azuqələr aparmasıdır.

Bildergebnis für Vüsal hətəmovŞərqşünas-yazar Vüsal Hətəmov Unikal.org-a açıqlamasında deyib ki, dini ibadətdə qəbir üstünə şirniyyat aparmaq yoxdur: "Tarixdən də bildiyimiz kimi, bəzi bütpərəstlərin inancına görə, insan öləndən sonra yeməyə, geyimə ehtiyacı var. Amma bizim xalqın inancında bütpərəstlik olmayıb. Bizdə həmişə təkallahlılıq -monoteizm olub. Bu bizə dini xeyriyyəçilikdən irəli gəlir. Dini ibadətdə qəbir üstünə şirniyyat aparmaq yoxdur. Lakin keçmişdə evi-eşiyi olmayanlar, dilənçilər üçün qəbirüstünə ərzaq aparırdılar. Lakin indiki dönəmdə çöldə, qəbiristanlıqda yaşayan olmadığı üçün yaxşı olar ki, hansısa kasıbın evinə pay kimi göndərəsən. Ümumiyyətlə dini ayinlərdə qəbirüstünə nə isə aparıb qoymaq yoxdur. Lakin xeyriyyə məqsədli olarsa, din buna qarşı çıxmır.

Image result for elşad miriİlahiyyatçı Elşad Miri də bunun sadəcə bir adət olduğunu deyir: "Bu şirniyyatlar ona görə qəbirlərin üzərinə qoyulur ki, başqaları gəlib onu götürsün. Ancaq qəbristanlığa aparmadan həmin şirnniyyatların ehtiyacı olan insanlara verilməsi daha yaxşı olar. Bu çoxdan insanların təfəkküründə qalmış bir adətdir. Bunun İslam dininə heç bir aidiyyatlı yoxdur. Bəzi müsəlman ölkələrində həmin şirniyyatlar, azuqələr xüsusi yerlərə aparıb verilir və ehtiyacı olanlar da buradan gəlib götürür.

Həsən Babayev