Ötən ilin sonunda ABŞ-ın yeni prezidenti seçilən Donald Trumpın Bakıdakı "Trump Towerin otelindən adının sökülməsi ilə bağlı xəbər vermişdik.
Unikal.org xəbər verir ki, artıq Donald Trumpın Azərbaycandakı möhtəşəm otelinin yeni adı məlum olub.

Belə ki, Ağ Evdə vəzifəyə başlamazdan əvvəl bütün biznes işlərini övladlarına təhvil verən Donald Trumpın sahib olduğu "Trump Organization yeni bir otel markasını bazara gətirir. Ən maraqlı tərəf isə, şirkətin partnyorluq əlaqələri quracağı tərəf "Türk Trump" ya da "Mike" ləqəbli tanınan Mükəmməl Sarımsakçıdır.

Trumpın iki oğlunun rəhbərliyindəki şirkət Dallasda yeni bir otel layihəsini təqdim edib. Şirkətin bu yatırımdakı partnyoru isə Türk iş adamı, "Alterra Worldwidenin sahibi Mükəmməl Sarımsakçı olduğu deyilir. "Alterra Worldwide adlı əmlak investisiya şirkətinin sahibi olan Sarımsakçı, Rusiya, Azərbaycan və Qazaxıstan daxil 20-yə qədər ölkədə müxtəlif investisiyalar yatırır.

Xatırladaq ki, bu binanın Azərbaycanda olan tərəfdaş şirkəti - təsisçisi Azərbaycanın Nəqliyyat nazirinin oğlu Anar Məmmədova məxsus "Qarant Holdinqdir.

Donald Trump haqqında "Örtüksüz Trump" adlı bioqrafiya kitabında müəlliflər Michael Kranish və Marc Fisher yazır ki, Donald Trump-ın ABŞ prezidentliyinə namizədliyi ilə bağlı maliyyə bəyannaməsində, 2014-cü ilin yanvar və 2015-ci ilin iyul ayları arasında Garant Holding-lə müqavilə nəticəsində onun 2.5 milyon dollar aldığı məlum olub.

Gayrimenkul Zengini